,
7614

Bosson MMC tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra işlərə imza atmışdır. Fəaliyyətinə ilk dəfə 1995-ci ildə inşaat materiallarının pərakəndə satışı ilə başlamış, zamanla mozaika daşlarının istehsalını da həyata keçirmişdir. Məhsullarını ispan texnologiyası əsasında müasir avadanlıqlarla istehsal edir. Şirkətimiz Azərbaycanda ilklərin sahibidir: Azərbaycanda ilk dəfə 3D hovuz inşası ilə elastik izolyasiya qatlı dekorlu mozaikanı döşəməyə vuraraq yeniliyə imza atmışdır. Bosson istehsal etdiyi bütün məhsullara və gördüyü işlərə zəmanət, keyfiyyət və etibarlılıq prinsipi ilə yanaşır. Şirkətimiz uğurlu tikinti və təmir layihələrini həyata keçirmişdir.

 Tamamlanmış layihələrimizdən biri də “Dalga Beach Aquapark Resort” layihəsidir. Bu layihə iki    etapla həyata keçirilib, ilk etap 2018-ci ilin fevral ayından başlayaraq üç ay davam etmişdir. Layihəyə sahə rəisi, layihə rəhbəri, SƏTƏM mütəxəssisi, elektrik, çilingər, 40 nəfər fəhlə, 30 nəfər usta cəlb edilmişdir. Şirkətimiz tikinti zamanı inşaat işlərinin aparılmasına kömək edən yüksək keyfiyyətli texnikalardan, alman istehsalı  yapışdırıcılardan, izolyasiyalardan və s. məhsullardan  istifadə etmişdir. Bütün bunlarla yanaşı hovuzların yenidən bərpası zamanı istifadə olan mozaikalar şirkətimiz tərəfindən istehsal olunub.

İlk öncə birinci etap üçün ayrılan bütün sahələr sökülmüş, izolyasiya işləri görülərək keramoqranit işlərinə başlanılmışdır. Eyni zamanda bütün damlarda xüsusi tərkibli izolyasiya işləri görülmüşdür. İstər böyüklər istərsə də kiçiklər üçün çimərlik hissəsi təməlli inşa edilərək mozaika daşları vurulmuş və istifadəyə yararlı hala gətirilmişdir. İşlərin üçdən biri ilk etapda görülərək 2018-ci ilin may ayında yekunlaşdırılmışdır.

Həmin ilin sentyabr ayından ikinci etap həyata keçirilib. Termasovlar bərpa edilərək, daşma kanalları, tutma kaymazlar düzəldilmişdir. Hər iki etapda kollektivimizdə  hər kəs öz işinin öhtəsindən layiqincə gəlmişdir. Sifarişçinin istəyi ilə sonradan nəzərə alınmayan işlərin ( boruların dəyişdirilməsi, elektrik xəttlərinin təmiri və s.) çoxluğu və fəsillə əlaqədar olaraq pis hava şəraiti çətinlik törətsə də 2019-cu ilin may ayında “Dalga Beach Aquapark Resort” layihəsi yekunlaşdırılıb, istifadəyə yaralı hala gətirilmişdir.

Bosson şirkəti olaraq yaxın gələcəkdə Azərbaycanın tikinti sahəsində ilklərə imza ataraq müştərilərimizin məmnunluğunu daha yüksəklərə daşımaqda qərarlıyıq!