,
2213

Bosson MMC-nin həyata keçirdiyi daha bir uğurlu layihə "Bilgah Beach Hotel" layihəsidir. Hər bir layihədə olduğu kimi bu layihədə də ilk öncə texniki vəziyyətin yoxlanılması həyata keçirildi. Yoxlanış zamanı akvapark istifadəyə yararsız olduğu məlum oldu. Belə ki, betonların qoyuluşundaki səhvlər, insanların sağlamlığına zərərli sahələr, su borularının  köhnəlməsi, hovuzun yenidən qurulması zamanı istifadə olunan mozaikaların vəziyyətinin pis olması və s. mənfi hallar aşkar edildi.

Beləliklə, mövcud vəziyyət təhlil edilərək, bu sahədəki problemlər müəyyən edilmiş, həll yoluna dair təkliflərlə birlikdə peşakar kollektimiz qeyd olunaraq Tenderə təqdim edilmişdir. Tenderdə bir neçə layihənin iştirak etməsinə baxmayaraq bizim layihəmiz qalib gəldi və 4 mart 2019-cu ildən etibarən “Bilgah Beach Hotel” layihəsinə başlanıldı. Onu da qeyd edək ki, “Bilgah Beach” layihəsi üç ay müddətində təhvil verilməli idi. Halbuki, bu tip layihələrin bitməsi minimum altı ay zaman tələb edir. Şirkətimiz tərəfindən sahə rəisi, SƏTƏM mütəxəssisi, anbardar, elektrik, çilingər, 10 mozaika və suvaq ustası, 30-35 fəhlə bu layihəyə cəlb edilmişdir. Bununla yanaşı baş mühəndis özü şəxsən layihədə iştirak edərək işlərə nəzarət etmişdir.

Layihə zamanı peşakar kollektivlə yanaşı inşaat işlərinin aparılmasına kömək edən yüksək keyfiyyətli texnikalardan istifadə edilmişdir. Ərazi qrunt sulardan təmizlənmiş, su borularının bərpası və eyni zamanda köhnə boruların dəyişdirilməsi həyata keçirilmişdir. Bu layihədə alman istehsalı olan yapışdırıcılardan, izolyasiyalardan, aradolğulardan və s. məhsullardan  istifadə edilmişdir, bununla yanaşı  şirkətimiz üçün ən qürurverici faktor hovuzların yenidən bərpası zamanı öz istehsalımız olan mozaikalardan istifadə edilməsi olmuşdur.

Gecə və gündüz çalışan kollektivimiz qeyd edilən zaman müddətində, yəni 4 iyun 2019-cu il tarixində “Bilgah Beach Hotel” layihəsi bitirmiş və istismara yararlı vəziyyətə gətirmişdir. Hal hazırda əhalinin ən çox istifadə etdiyi məkanlardan biridir və bizim  inşa etdiyimiz akvapark hissəsi istər böyüklərin, istərsə də balacaların istirahətdən zövq aldığı məkandır.